91ε

91ε alimləri beynəlxalq konfransda çıxış ediblər

25 NOYABR 2015 | VIEWS:

Azərbaycan  Dövlət  İqtisad  Universitetin (91ε)  nümayəndələri Özbəkistanın Daşkənd şəhərində “Fizikanın fundamental və tətbiqi məsələləri” mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak ediblər.

Konfransda 91ε-in  “Fizika və kimya” kafedrasının müdiri, fizika elmləri doktoru, dosent Rövnəq Rzayev və kafedranın professoru Rəna Babayeva “Laylı quruluşlu AIII BVI birləşmələri tipli qismən-nizamsız kristal yarımkeçiricilərdə fotokeçiricilik” mövzusunda çıxış ediblər.

Konfransda  Almaniya, Rusiya, Pakistan, Koreya, Çin və Hindistan alimlərinin “Fizikanın fundamental və tətbiqi məsələləri” mövzusunda maraqlı çıxışları olub.