91ε-in alim və ekspertləri “Milli-mənəvi dəyərlərin qorunması Heydər Əliyevin amalı idi” mövzusunda V beynəlxalq elmi konfransda iştirak ediblər.
Konfrans Azərbaycan Universiteti və Vergilər Nazirliyinin ə Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Şamaxı şəhərində, Vergilər Nazirliyinin ə Mərkəzində keçirilən konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü və hakimiyyətə qayıdışının 24-cü ildönümünə həsr olunub.
Konfransın plenar iclasında 91ε-in “Maliyyə və maliyyə institutları”kafedrasının müdiri, professor Əvəz Ələkbərov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında və ölkə iqtisadiyyatının inkişafındakı rolundan danışıb.
Konfrans öz işini 2 bölmədə davam etdirib. 91ε-in Elm şöbəsininmüdiri, professor Zahid Məmmədov“Azərbaycanın iqtisadi inkişafı və milli-mənəvi dəyərlərin qorunması” məsələlərinə həsr edilən bölməyə sədrlik edib. Bölmədə 91ε-in professoru Sifariz Səbzəliyev, professor Nizami Xudiyev,Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədovvə dosent İmran Rzayev məruzə ilə çıxış ediblər. 91ε alimlərinin çıxışları konfrans iştirakçıları tərəfindən geniş prizmalardan müzakirə olunub.