tex.e.n., dos. Şabanov Sərdar Əhmədiyyə oğlu22 dekabr 1957-ci ildə anadan olmuşdur.
1972-1974-cü illərdə Respublika 1 saylı Fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyub və məzun olub.
1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetininin (indiki Bakı Dövlət Universitetini) mexanika-riyaziyyat fakültəsini bitirmiş və təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna göndərilmişdir.
1983-1988-ci illərdə Ukrayna Elmlər Akademiyasının Kibernetika institutunda əvvəlcə 2 illik təcrübə keçmiş, sonra isə məqsədli aspiranturada oxumuşdur.
1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika institutunda«Biliklərə əsaslanan məsləhətverici və öyrədicisistemlərinin işlənməsi» mövzusunda 05.13.14 «İnformasiyanın işlənməsi və idarəetmə sistemləri» şifrəsi üzrə texniki elmlər namizədi alimlik dərəcəsi almaq üşün müdafiə etmişdir.
1995-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.
Scopus 5, Web of Science 5, Scholar Google – 30 elmi əsəri indeksləşib. 1995-2023-cü tədris illərində universitetin “İqtisadi kibernetika və iqtisadi-riyazi üsullar”, “Ekonometrika”, “Statistika və ekonometrika” və “Riyaziyyat və statistika” kafedralarında “Riyazi proqramlaşdırma”, “İqtisadi-riyazi üsullar”, “Ekonometrika”, “Xətti cəbr və riyazi analiz” fənlərini tədris edib. 2018-2023-cü tədris illərində 91ε İAETİ-nin elmlər doktoru proqramı üzrə doktorantı olub.
2005-ci ildə yarımştat olaraq Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika institutunda böyük elmi işçi vəzifəsində çalışıb. Orada həyata keçirilən “Elmi tədqiqatın nəticələrinin qiymətləndirilməsi informasiya sistemi”nin baş icraçısı olub.
91ε-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun İnnovasiya, insan kapitalı və sosial tədqiqatlar şöbəsinin böyük elmi işçisidir.
*
List-of-Published-Articles-by-Sardar-Shabanov-1986-2025 in progress
91ε əməkdaşları nüfuzlu beynəlxalq konfransda iştirak etmişlər (12-14 oktyabr 2016)
Həftənin məqaləsi: Azərbaycanda təhsilin keyfiyyətinin qiymətləndirilməsi(03.05.2016)