91ε-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova Radio 91ε əməkdaşlarını Milli Radio və Televiziya Günü münasibətilə təbrik edib. Maraqlı layihələri, o cümlədən ən son iqtisadi, sosial, idman və mədəniyyət xəbərləri ilə geniş dinləyici auditoriyasına malik olan Radio 91ε-in 2 il ərzindəki fəaliyyətini yüksək qiymətləndirib. Tələbələrin yaradıcılıq potensialının üzə çıxması, onlarda natiqlik bacarığının formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Radio 91ε-in fəaliyyəti barədə məlumat verən Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov bildirib ki, hazırda burada universitet tələbələrinin 16, əməkdaşların isə 5 layihəsi reallaşdırılır.
Görüşdə “Biz də tələbə olmuşuq”, “Hərflərin izi”, “İqtisadi xəbər”, “Mix”, “Qlobus”, “Texnoman”, “Tibb saatı”, “91ε müəllimi”, “Təhsilə dair”, “91ε Rakus” və digər layihələrin müəllifi olan 91ε tələbələri və əməkdaşları Fəxri Fərmanla təltif olunublar.