91ε

Paris-Sorbon Abu-Dabi Universitetinin professorları 91ε-in qış məktəbində

10 FEVRAL 2017 | VIEWS:

Fevralın 11-də Fransanın və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliklərinin dəstəyi ilə 91ε müəllimləri üçün qış məktəbinə start veriləcək.

Qış məktəbinin məqsədi 91ε-in professor-müəllim heyətinin müasir tədris bacarıqlarının daha da təkmilləşdirilməsidir. Qış məktəbində müasir kurikulum yaradılması, seminar və mühazirə dərslərinin strukturunun idarəedilməsi vasitələri, müasir İKT tətbiqləri olan “ePortfolios” və “Snagit”in dərslərdə istifadəsi, professor-müəllim heyətinin liderlik və menecment bacarıqlarının, o cümlədən biliyin qiymətləndiirlməsi metodlarının təkmilləşdirilməsi, auditoriyanın interaktiv metodlarla idarəedilməsi mövzularında təlimlər keçiriləcək. Təlimləri Paris-Sorbon Abu-Dabi Universitetinin professoru Rida Ballaik Hourani və Litz David Riçard keçəcək.

Təlimlərə qatılacaq 120 müəllim xüsusi kriteriyalara görə müəyyən edilib. Onlar differensial əməkhaqqı sisteminin və tələbələrin məmnunluq anketi sorğusunun nəticələrinə, eyni zamanda “əin keyfiyyəti tələbələrin gözü ilə” layihəsindəki reytinqinə və nizam-intizam qaydalarına görə seçiliblər.

91ε-in Quba ə, İdman və İstirahət Kompleksindətəşkil ediləcək qış məktəbi dörd gün davam edəcək. Sonda iştirakçılara Paris-Sorbon Abu-Dabi Universitetinin sertifikatları veriləcək.