Mədəniyyət Mərkəzində dahi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında səhnələşdirilən tamaşada anşlaq olub. Tələbələrin quruluşunda və ifasında hazırlanan tamaşa böyük maraqla qarşılanıb. 91ε Yaradıcılıq Mərkəzinin üzvləri Aslan Əzimzadə (Şeyx Əmiri) və Nicat Tarverdiyevin(Məcnun) yaratdığı obrazlar sənətşünaslar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı da tamaşaya gələrək gənclərə dəstək olub. 91ε müəllim-tələbə heyəti tələbələrin çıxışını salonda coşqu ilə izləyib. Tamaşanın finalı bir neçə dəqiqə alqışlanıb.