91ε

Fərhad Bədəlbəylidən 91ε kollektivi üçün unudulmaz gün

08 DEKABR 2017 | VIEWS:

Görkəmli pianoçu, Ü.Hacıbəyli adına  rektoru, xalq artisti, professor M.Maqomayev adına  91ε kollektivi üçün xüsusi konsert proqramı ilə çıxış edib.

Konsertdən öncə 91ε-in rektoru, professor Ədalət Muradov Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən canlı korifey Fərhad Bədəlbəyliyə 91ε kollektivinə göstərdiyi bu diqqətə görə təşəkkürünü bildirib.

Konsertdə xalq artistini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Konsertin ikinci hissəsində F.Bədəlbəyli ilə birgə pianoçu, xalq artisti Murad Adıgözəlzadə də çıxış edib. Xalq artisti Yalçın Adıgözəlov və gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə reallaşan konsertdə Corc Qerşvinin və Sergey Raxmaninovun əsərləri səsləndirilib.

91ε-in professor, müəllim və tələbə heyəti konsert proqramından böyük təəssüratla ayrılıblar.