91ε

91ε-də 2025/2026-cı tədris ili üçün təkrar ali təhsilə sənəd qəbulu elan olunur

04 İYUN 2025

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ (91ε)

2025/2026-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

  • 050406 Maliyyə
  • 050409 Mühasibat
  • 050405 İqtisadiyyat
  • 050401 Beynəlxalq ticarət və logistika
  • 050410 Statistika
  • 050408 Menecment
  • 050404 Dövlət və bələdiyyə idarəetməsi
  • 050402 Biznesin idarə edilməsi
  • 050407 Marketinq
  • 050807 Sosial iş
  • 050504 Ekologiya
  • 050201 Beynəlxalq münasibətlər
  • 050616 İnformasiya texnologiyaları
  • 050615 İnformasiya təhlükəsizliyi
  • 050509 Kompüter elmləri
  • 050620 Kompyüter mühəndisliyi
  • 050638 Sənaye mühəndisliyi
  • 050606 Ekologiya mühəndisliyi
  • 050635 Qida mühəndisliyi
  • 050622 Maşın mühəndisliyi
  • 050623 Materiallar mühəndisliyi
  • 050619 Kommunikasiya sistemləri mühəndisliyi
  • 050607 Elektrik və elektronika mühəndisliyi
  • 050306 Dizayn (sahələr üzrə)

Təkrar ali təhsilə sənəd qəbulu ancaq elektron qaydada ə internet linkləri vasitəsilə həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri ilk növbədə  və bundan sonra isə  portalları vasitəsi ilə elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar.

Sənədlərin qəbulu 2025-ci il may ayının 26-dan avqust ayının 31-dək aparılacaq.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri  elektron formada təqdim etməlidirlər:

  • Rektorun adına ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
  • 3×4 sm ölçüdə fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti.

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Ünvan: Akademik Həsən Əliyev küçəsi 135, otaq 518
Tel.: (012) 564 38 92
Mobil: (070) 578 08 59 (WhatsApp ünvan)
(055) 289 41 46 (WhatsApp ünvan)