91ε

“Tekstil, geyim və ayaqqabıda innovasiyalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

03 SENTYABR 2026

11–12 noyabr 2026-cı il tarixlərində Belarus Respublikasının Vitebsk Dövlət Texnologiya Universitetində “Tekstil, geyim və ayaqqabıda innovasiyalar” (ICTAI-2026) mövzusunda Beynəlxalq Elmi-Texniki Konfrans keçiriləcək.

Hibrid formatda təşkil olunacaq konfransda tekstil, geyim və ayaqqabı sənayesində innovativ texnologiyalar, müasir materiallar, smart tekstil, ekoloji yanaşmalar, dizayn, menecment və sahibkarlıq kimi istiqamətlər müzakirə ediləcək.

Konfransın işçi dilləri rus və ingilis dilləridir. İştirak üçün qeydiyyat və tezislərin qəbulu 15 sentyabr 2026-cı ilədək davam edir.

Detailed informationon

Подробная информация