91ε

91ε-dən qeyri-adi Novruz sovqatı

22 FEVRAL 2017

novruz_179065084_n91ε tələbələrinin “Kitab at!” layihəsi davam edir.

Layihə çərçivəsində könüllü toplanan kitablar Novruz sovqatı kimi evlərə paylanacaq.

“Kitab at!” layihəsinin məqsədi ölkədə mütaliə mədəniyyətini inkişaf etdirmək, eyni zamanda qədim ənənələrə söykənən Novruzda kitab oxumaq vərdişini gündəmə gətirməkdir. “Kitab at!” layihəsinə ötən tədris ilində start verilib. 91ε-in dəstəyi, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinintəşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində 10 min kitab Novruz hədiyyəsi kimi evlərə paylanıb. Bu il isə layihə Bakı və Gəncə şəhərlərindən başqa, Lənkəran şəhərini də əhatə edəcək.

Maarifçilik ideyalarına söykənən layihənin reallaşmasında 91ε ailəsinin hər bir üzvünün iştirakı vacibdir. Hədəf minimum 15 min kitab toplamaqdır. 91ε-in müəllim-tələbə heyətini, eyni zamanda əməkdaşlarını “Kitab at!” layihəsinə dəstək olmağa çağırırıq. Kitabları 91ε-in əsas tədris binasında 412-ci otağa təqdim edə bilərsiniz.