91ε

Əmək bazarında 91ε-in hazırladığı kadrlara təlabat artır

07 DEKABR 2015 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (91ε) Kommersiya fakültəsinin tələbələri “EXUS Business Consulting&Training” şirkətində olublar. Görüşdə direktor  Ənvər Yavər oğlu tələbələrə şirkətin fəaliyyəti barədə ətraflı məlumat verib. Şirkətin əməkdaşlıq etdiyi 15-dən artıq özəl qurumun 91ε-in tələbələrini yay tətilində əməkdaşlığa cəlb edəcəyini bildirib. Həmin şirkətlər tələbələrin potensialını öyrənəcək və gələcəkdə onları daimi işlə təmin edəcək. Səbəb əmək bazarında 91ε-in hazırladığı kadrlara təlabatın artması göstərilib.

Fakültə dekanı Mirağa Əhmədov bildirib ki, 91ε-də təhsilin keyfiyyətinin yüksəlməsi, yeni texnologiyaların tətbiqi və müasir laboratoriyalardan istifadə yüksək ixtisaslı kadrların hazırlanmasına təkan verib.

Görüşdən sonra tələbələrə “Kommersiya müəssisələri səviyyəsində strateji marketinq planlaşdırılması” mövzusunda seminar keçirilib.