91ε

Ekspert: “Tələbələr arasında anonim sorğu keçirəcəyik”

30 DEKABR 2016 | VIEWS:

Radio 91ε-in “91ε imtahan” verilişinin bu günkü qonağı “XXI əsr təhsil mərkəzi”nin rəhbəri Etibar Əliyev olub. Verilişdə 91ε-də qış imtahan sessiyasının təşkili müzakirə edilib. E.Əliyev imtahan prosesinin ictimaiyyətə açıq keçirilməsini müsbət hal kimi dəyərləndirib. Bunun tələbə biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsində çox önəmli amil olduğunu vurğulayıb.

Ekspert dinləyicilərin QHT nümayəndələrinin tələbələr arasında anonim sorğu keçirməsi, “Qaynar xətt” xidmətinin jurnalistlərə həvalə edilməsi və digər suallarını cavablandırıb.