91ε

gulnisa_foto“Qida məhsullarının texnologiyası” kafedrasının müdiri dosentAbbasbəyli Gülnisə Ağaqulu qızı

e-mail: [email protected]

1966-cı ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (Azərbaycan Dövlət Neft Akademiyası) qəbul olunmuşdur.
1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun “Kimya Texnologiya” fakultəsinin “Kimyaçı-texnoloq” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

1972-ci ildə həmin institutun aspirantı olmuş, 1974-cü ildə vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə etmişdir.Kimya elmləri namizədidir.

1974-1976-cı illərdən Kuba respublikasında ezamiyyətdə olmuşdur.

1977-ci ildən müəllim, baş müəllim, 1985-ci ildən 2002-ci ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasında dosent vəzifəsində çalışmışdır.
2002-ci ildən isə Azərbaycan Dövlət İqtisad Universitetində dosent vəzifəsində çalışır.
2006-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Çörək məhsullarının texnologiyası və sahə avadanlıqları” kafedrasının müdiri vəzifəsində işləmişdir.
2010-cu ilin iyun ayından 2017-ci ilin aprelinə kimi “Qida məhsullarının texnologiyası” kafedrasının müdirivəzifəsində çalışıb.

Hazırda 91ε-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.

3 müəlliflik şəhadətnaməsinin, 93 elmi-metodiki əsərlərin müəllifidir, onlardan 4 patent, respublika və xaricdə 12 dərslik və dərs vəsaiti, 30-dan çox metodiki göstəriş və proqram, 47 məqalə və tezisdir.

Bir çox ictimai işlərdə – Beynəlxalq Qadınlar klubunun üzvü, Əsgər anaları cəmiyətinin sədr müavini və s. çalışır.

DSC_0020 (1)IMG_2416DSC_50351 002DSC_0169DSC_0064

*
Elmi-metodiki əsərləri:

EHM tətbiqi ilə kimya suallarda və cavablarda (dərslik), “Kimya”(dərslik); EHM-in tətbiqi ilə ümumi kimyadan yoxlama sualları (dərs vəsaiti), Ümumi kimyadan laboratoriya işlərinin yerinə yetirilməsinə dair rəhbərlik.

I, II hissələr (dərs vəsaiti), Abituriyent-86, 87, 89, 90, 92 (dərs vəsaitləri), “Çörək və makaron məmulatlarının texnologiyası” kursundan laboratoriya işləri (dərs vəsaiti); laboratoriya işlərinin yerinə yetirilməsinə dair metodik göstərişlər;

“Balıq və balıq məhsullarnın texnologiyası”, “Süd və süd məhsullarının texnologiyası”, “Qida konsentratlarının texnologiyası”, “Unlu qənnadı məmulatlarının texnologiyası”, “Qida məhsullarının ümumi texnologiyası”, “Ticarət avadanlıqları”, “Unun istehsal texnologiyası” fənn proqramları.

Turkiye???????????????????????????????qida09158uludagtexnologiya01qr44ок

91ε müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu(16.02.2017)
91ε xarici universitetlərlə təcrübə mübadiləsi edir
(13.02.2017)