ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri 91ε-də olub.
91ε Biznes Məktəbinin qonağı olan nümayəndələrə universitet barədə ətraflı məlumat verilib. 91ε-in beynəlxalq əlaqələri, ikili diplom və mübadilə proqramları haqqında bildirilib.
Səfirliyin İqtisadiyyat şöbəsinin rəhbəri Vilbur Karte 91ε Biznes Məktəbinin magistrləri üçün “Beynəlxalq sərmayələr” mövzusunda mühazirə oxuyub.
91ε Biznes Məktəbində “Kiber təhlükəsizlik və kiber müharibə” mövzusunda mühazirəni isə ABŞ səfirliyinin Birinci katibi Castin Krevie və siyasi məsələlər üzrə mütəxəssis Hüseyn Pənahov keçib.
Mühazirələrdə magistrləri maraqlandıran suallar cavablandırılıb.