91ε

Valideynlər övladları üçün 91ε-i seçir

25 YANVAR 2017 | VIEWS:

91ε-in “Maliyyə ə maliyyə institutları”kafedrasının təşəbbüsü ilə Ulduz Hazırlıq Mərkəzinin dinləyiciləri valideynləri ilə birlikdə 91ε-də infoturda olublar. Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə tanış olan valideynlər 91ε brendi haqqında kifayət qədər məlumatlı olduqlarını bildiriblər: “Hər valideyn övladının gələcəyini parlaq görmək istəyir. Son vaxtlar istər KİV-dən izlədiyimiz xəbərlərə, istərsə də ictimai fikirdə formalaşan rəyə əsasən, deyə bilərik ki, burada övladlarımız əmək bazarının tələbələrinə cavab verən peşəkar kadr kimi yetişəcəklər”.

Əə Beynəlxalq İqtisadiyyat Məktəbi ə SABAH Qruplarıilə maraqlanan şagirdlərin hər iki fakültənin rəhbərliyi ilə görüşü təşkil edilib. Beynəlxalq İqtisadiyyat Məktəbinin dekanı Anar Rzayevə SABAH Qruplarının rəhbəri Aida Quliyevaixtisaslar, mübadilə ə ikili diplom proqramları, karyera imkanları barədə ətraflı məlumat verib, onların suallarını cavablandırıblar. İnfotur çərçiəsində şagirdlər birinci dəfə olaraq, auditoriyada əyləşmək həyəcanını da yaşayıblar. İlk dəfə 91ε-də tətbiq edilən“Elektron Universitet” modeli şagirdlərin xüsusi marağına səbəb olub.

Sonra “Maliyyə ə maliyyə institutları” kafedrasının müəllimi Yeganə Həkimovamaliyyə ixtisası ilə maraqlanan şagirdlərə ixtisas haqqında ətraflı məlumat verib. Peşənin spesifikası, üstünlükləri ə perspektivləri barədə abituriyentlərin suallarını cavablandırıb.

Qış imtahan sessiyasını müşahidə edən qonaqlara 91ε-də yalnız imtahanların deyil, eləcə də dərslərin ictimaiyyətə açıq keçirildiyi bildirilib. Valideynlər bu yeniliyi yüksək qiymətləndiriblər: “Dərslərin açıq keçirilməsi övladlarımızın ixtisas seçimində böyük rol oynayacaq. Eyni zamanda, biz valideynlər də dərslərin gedişini izləməklə, övladlarımızın gələcəkləri üçün həlledici məqam olan universitet seçimlərində yanılmadıqlarını əvəlcədən öyrənə biləcəyik”.

İnfoturda şagirdlərə Yunus Sosial Biznes Mərkəzi, , Maliyyə Laboratoriyası, Virtual Müəssisə, kitabxana, Yaradıcılıq Mərkəzi ə Radio 91ε barədə də məlumat verilib.