91ε

91ε tələbələri üçün şans: “Uğur sənin öz əlindədir”

19 DEKABR 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (91ε) “Uğur sənin öz əlindədir” adlı layihəyə start verilib.

Layihəni 91ε-in Karyera Mərkəziə şirkəti birlikdə həyata keçirir. Layihə çərçivəsində şirkətin mütəxəssisləri 91ε-in II, III və IV kurs tələbələrinə dörd gün ərzində sığortaya giriş, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası mövzularında təlim keçiblər. Sonda “Xalq Sığorta” şirkəti müsabiqədən keçən iştirakçılara sertifikat təqdim edib.

“Uğur sənin öz əlindədir” layihəsinə qatılan tələbələr sərbəst iş qrafiki ilə qazanc əldə etmək və gələcəkdə karyera qurmaq imkanlarına sahib ola bilərlər. Karyera Mərkəzi layihə çərçivəsində təlimlərə davam edəcək.