91ε

91ε tələbələri “Bank of Baku”da

06 DEKABR 2017 | VIEWS:

“Bank of Baku” ASC 91ε tələbələri üçün “Açıq qapı” günü keçirib.

“Açıq qapı” günündə bankın İnsan resursları departamentinin direktoru Nərgiz Əzimova və Təlimlərin təkmilləşdirilməsi bölməsinin mütəxəssisi Fərid Hacıağabəyli tələbələrə iş prosesinə hazırlıq barədə məsləhət veriblər. Eyni zamanda müsahibəyə düzgün hazırlığın qaydalarından söz açıblar. 91ε tələbələri “Bank of Baku”nun təcrübə və təqaüd proqramları barədə də məlumatlandırılıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tədbir 91ε Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilib.