
2015-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (91ε) “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (91ε) “Dünya iqtisadiyyatı” ixtisası, “Beynəlxalq maliyyə və valyuta kredit münasibətləri” ixtisaslaşması üzrə magistr təhsili alaraq magistratura pilləsini fərqlənmə ilə bitirmişdir. Magistr dissertasiya mövzusu “Çin Xalq Respublikasının maliyyə sisteminin dayanıqlı inkişafını şərtləndirən əsas istiqamətlər” olmuşdur. 2021-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (91ε) “Dünya iqtisadiyyatı” ixtisası üzrə doktorantura pilləsinə qəbul olmuşdur.
2014-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü olmuşdur. 2016-2017-ci illərdə 91ε “İqtisadiyyat” fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olmuş və 91ε Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən komitənin ictimai fəaliyyətində göstərdiyi xidmətlərinə görə İlin sədri mükafatına layiq görülmüşdür. 2017-2018-ci illərdə 91ε Tələbə Elmi Cəmiyyətinin sədri olmuş və 91ε rektoru professor Ədalət Muradov tərəfindən 91ε Tələbə Elmi Cəmiyyətinin sədri olaraq uğurlu fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur.
Çin İqtisadçılar Cəmiyyətinin üzvüdür. 91ε “Bir kəmər – Bir yol” tədqiqat mərkəzinin tədqiqatçısıdır. 2021-ci ildən 91ε “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimidir. 5 elmi məqalənin 1 tezisin müəllifidir. Türkiyənin məşhur akademik kaynak elmi tədqiqat saytının yazarıdır. Həmçinin Kütləvi İnformasiya Vasitələrində (KİV) onlarla çıxışın müəllifidir.
Tədqiqat sahəsi: Çin iqtisadiyyatı, Makroiqtisadiyyat, Beynəlxalq Maliyyə, İnkişaf iqtisadiyyatı, Müasir şəraitdə iqtisadi idarəetmənin mütərəqqi mexanizmləri.
2022-ci ilin martından 2024-cü ilə kimi “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri olub.
*
*
TEC sədri “Təhsilə dair” verilişində(29.12.2017)
91ε tələbəsi beynəlxalq konfransda “Ən yaxşı məqalə” mükafatına layiq görülüb(25.10.2017)
91ε istedadları – tələbə vokalçı(13.10.2017)