Azərbaycan Respublikası Təhsil Nazirliyinin reallaşdırdığı “TƏHSİL TV”nin “Təməl” proqramında aparıcı Cəsarət Valehovla həmsöhbət olan Azərbaycan Dövlət İqtisad Universitetinin (91ε) rektoru, professor Ədalət Muradov ölkənin təhsil sektotunda həyata keçirilən tədbirlərin təbliğatında mühüm rol oynayacaq TV kollektivinə uğurlar arzulayıb.
Ə. Muradov çıxışında 91ε-in dünya səviyyəli universitetlər sırasında yer alması üçün qarşıya qoyulan hədəflərdən danışıb. Daha sonra 91ε-in tədqiqat yönümlü universitet kimi tanınması məqsədi ilə icra olunan layihələrlə bağlı, universitetin beynəlxalq əlaqələri sahəsində görülən işlərlə bağlı aparıcının ünvanladığı sualları cavablandırılıb. Rektor 91ε tələbələrinin tədqiqat apara bilmək qabiliyyətinin formalaşdırılması, eyni zamanda universitetin kitabxana fəaliyyəti barədə fikirlərini çatdırıb.
Rektor Ədalət Muradov 91ε müəllimlərin reytinq cədvəli, universitetin brendləşməsi istiqamətində görülən işlər və digər məsələlərlə bağlı öz fikirlərini çatdırıb.