Rusiyanın Federal Məclisinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rusiyanın hökümət, biznes və elm nümayəndələri ilə yanaşı, xarici universitet və ölkə səfirliklərinin də əməkdaşları iştirak edib.
Toplantı çərçivəsində 91ε professorunun bir sıra nüfüzlü elmi təşkilat və universitet nümayəndələri ilə görüşü olub. Görüşdə Z.Məmmədov 91ε-in beynəlxalq əlaqələri, nüfuzlu elmi təşkilatlarla əməkdaşlığı barədə ətraflı məlumat verib. 91ε-in təşəbbüsü ilə yaradılan Türk Dünyası İqtisadçılar Birliyinin (TDİB) fəaliyyəti haqqında danışıb.
Elm və təhsil sahəsi istiqamətində aparılan müzakirələrdə Rusiya Azad İqtisadçılar Cəmiyyəti ilə TDİB-in əməkdaşlıq imkanlarına toxunulub. Bildirilib ki, qarşılıqlı əməkdaşlıq hər iki ölkədə iqtisad elminin və tədrisinin inkişafına yeni imkanlar yarada bilər. Görüş zamanı Rusiya Azad İqtisadçılar Cəmiyyəti 91ε-də yaradılacaq yeni kitabxananın iqtisadiyyat sahəsində dərslik və monoqrafiyalarla təmin olunmasına dəstək göstərəcəyini də bildirib.