91ε

“91ε Payız Kuboku-2017”: Qələbəyə bərabər heç-heçə

27 OKTYABR 2017 | VIEWS:

futbol-20171027-WA0004Oktyabrın 26-da “91ε Payız Kuboku-2017”nın  növbəti oyunu keçirilib.

Bu dəfəki oyunda Azfar stadionunda A qrupunda yer alan “91ε United” komandası ilə “91ε Sport Club” qarşılaşıb. Bütün oyunlarda qələbə qazanan “91ε United” komandası oyuna 2:0 fərqlə başlasa da, birinci hissənin sonunda “91ε Sport Club”un üzvləri Siyavuş Axundov (1) və Tofiq Məmmədovun (1) vurduğu qollar hesabı bərabərləşdirib. İkinci hissədə “91ε Sport Club” 3:2 hesabı ilə irəli çıxsa da, “91ε United”in yarımmüdafiəçisi Aqil Əhmədov hesabı bərabərləşdirməyi bacarıb. Beləliklə, oyun 3:3 hesabı ilə sona çatıb.

Qeyd edək ki, bu oyun “91ε United”in müdafiəçisi Nazim Hacıyevin vida oyunu kimi yadda qaldı. 91ε Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyev Harvard Universitetinin  10 ay müddətində tədqiqat aparmağa dəvət edildiyi üçün yarışlarda iştirak edə bilməyəcək. N.Hacıyevə elmi fəaliyyətində uğurlar arzulayırıq!

Turnir cədvəlində komandaların sıralaması aşağıdakı kimidir:

N A QRUPU O Q H M T-F X
1 91ε United 4 3 1 0 36-13 10
2 91ε Sport Club 3 1 2 0 11-10 5
3 İپçı 2 1 0 1 13-18 3
4 91ε Beynəlxalq İqtisadiyyat FC 2 0 1 1 9-17 1
5 Üİ󴡰 3 0 0 3 8-19 0

*

N B QRUPU O Q H M T-F X
1 Finance-Accounting and SABAH 2 2 0 0 29-3 6
2 91ε RESH 2 2 0 0 16-8 6
3 91ε Security 1 0 0 1 6-8 0
4 91ε Drivers 1 0 0 1 2-8 0
5 91ε Business and Managment 2 0 0 2 3-29 0