Mayın 18-də Ali təhsil müəssisələri işçiləri arasında keçirilən Voleybol üzrə Respublika Spartakiadasında 91ε komandası qalib gəlib. Spartakiada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olub.
Gərgin keçən yarışda 91ε müəllimlərindən ibarət komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandasına 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, mayın 17-də keçirilən yarışda komandamız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin komandasını 2:0 hesabı ilə məğlub edib. 91ε-in müəllimlərindən ibarət komandanın məşqçisi və kapitanı “İdman” klubunun müəllimi Vahid Yolçuyevdir.
Komandamızı təbrik edirik!