Dekabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin (91ε) “Menecment” kafedrasının müəllimləri dosent Natiq Qurbanovvə gənc müəllim Zülfiyyə Sadıqova“IV Beynəlxalq Elmi-Praktiki internet” konfransına online qatılıblar.
Moskva Texnoloji Universiteti və Praqa şəhərinin regional inkişaf mərkəzinin təşkil etdiyi konfransın mövzusu “Müasir təhsildə innovasiya texnologiyaları” olub. MDB ölkələrinin aparıcı ali təhsil müəssisilərinin qatıldığı konfransda 91ε müəllimləri “Ali təhsil sistemində tədrisin keyfiyyətinin idarə olunmasının səmərələşdirilməsi” mövzusu ilə çıxış ediblər. Onlar, 91ε-də bu sahədə aparıcı təcrübə haqqında ətraflı məlumat veriblər. 91ε müəllimləri konfrans iştirakçılarının suallarını cavablandırıblar. Onların məruzəsinin konfransın materiallar kitabında çap olunacağı bildirilib.
Online konfransda iştirak edən alimlər 91ε-lə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıblar.