91ε

91ε müəllimi Akdeniz Universitetində Azərbaycan tarixindən danışıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (91ε) Humanitar fənlər kafedrasının müəllimi Cəmilə HəsənovaMövlanə mübadilə proqramı çərçivəsində Türkiyənin Antalya şəhərində yerləşən Akdeniz Universitetində olub.

C.Həsənova türkiyəli həmkarları ilə təcrübə mübadiləsi aparıb, kafedranın bakalavr və magistr proqramlarında iştirak edib. Universitetin Arxeologiya fakültəsində mühazirələr oxuyub.

Akdeniz Universitetində olduğu müddətdə universitetinin Ədəbiyyat fakültəsinin Mahmud Qaşqarlı konfrans zalında “Eski anıtlar diyarı Azərbaycan” adlı konfransda Azərbaycanın qədim dövrdən müasir dövrə qədər olan tarixindən və Azərbaycan ərazisində olan qədim abidələrdən bəhs edib.

Həmçinin konfransda ermənilərin Azərbaycana qarşı olan ərazi iddiaları, işğal etdikləri ərazilər və bu ərazilərdə olan tarixi abidələr haqqında məlumat verib. Təqdimatın sonunda Xocalı soyqırımı haqqında videoçarx nümayiş etdirilib.

Sonda 91ε müəllimi konfrans iştirakçılarının suallarını cavablandırıb.

IMG_5117