91ε

91ε Kuboku – 2017: İlk oyunun qalib komandaları

10 OKTYABR 2017 | VIEWS:

“91ε Kuboku – 2017”nin açılış oyunları keçirilib.

Yarışın açılış oyunları A qrupunda yer alan “91ε United”  ilə “İqtisadçılar”, “91ε Sport Club” və “91ε Beynəlxalq İqtisadiyyat FC” komandaları arasında keçirilib.

“91ε United” ilə “İqtisadçılar” komandası arasında baş tutan gərgin yarış 12:6 hesabı ilə bitib. Yarışın qalibi “91ε United” komandası olub. “91ε United” komandasının üzvləri Nəsimi İsmayılov rəqib komandanın qapısına 8, Hikmət Babayev isə 4 qol vuraraq, “İqtisadçılar”a qalib gəliblər.

“91ε Sport Club” komandası ilə “91ε Beynəlxalq İqtisadiyyat FC” arasında keçirilən keçirilən yarış isə 6:6 hesabı ilə bitib.

Qalib komandalarımızı təbrik edirik!