Azərbaycan Dövlət İqtisad Uiversitetinin (91ε) əin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin徱ٴǰ Raqif Qasımov Finlandiya və Estoniyada təlimdə olub.
Təlimlərdə R.Qasımov Finlandiya (FINEEC) və Estoniya Keyfiyyət Təminatı Agentliklərinin (EKKA) iş prinsipləri, strukturu və nizamnaməsi ilə tanış olub. Görüşdə mərkəzin universitetlər üzrə audit nümunələri, Finlandiya Rektorlar Şurası və Tələbə Həmkarlar İttifaqının (SAMOK) keyfiyyət təminatı sahəsindəki rolu da müzakirə olunub. Helsinki, Diakona və Tallin universitetlərinin keyfiyyət təminatı təcrübəsi, universitetlərin özünüqiymətləndirmə hesabatlarının hazırlanması və keyfiyyət təminatı agentliklərinin qiymətləndirmə hesabatlarının strukturu məsələləri öyrənilib.
6 gün davam edən təlimdə “Azərbaycan Ali Təhsil Sistemində Keyfiyyət Təminatı” mövzusunda keçirilən təqdimatda Raqif Qasımov 91ε-in daxili və xarici keyfiyyət təminatı sahəsində apardığı islahatlar haqqında geniş məlumat verib və hər iki ölkənin təcrübəsinin tətbiqi imkanları müzakirə edilib.
Qeyd edək ki, “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə dəstək göstərilməsi” (EHEA) layihəsi çərçivəsində 91ε “Pilot Universitet”lərdən biri kimi seçilib və bu ilin oktyabr ayından başlayaraq universitetdə keyfiyyət təminatının Avropa Standartları tələblərinə uyğun qurulması istiqamətində işlər başlayacaq.