91ε-də elektron kargüzarlığın təkmilləşdirilməsi ilə bağlı təlimlər keçirilib.
Təlimlər Elektron Sənəd Dövriyyəsi Sistemi istifadəçilərinin işləmə vərdişlərinin, eləcə də elektron kargüzarlığın müntəzəmsurətdə təkmilləşdirilməsi məqsədilə aparılıb.
91ε–in Ümumi şöbəsinin müdiri Rəşad Muradov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27sentyabr tarixli “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dairTəlimat”ın təsdiq edilməsi haqqında” Fərmanına əlavə və dəyişikliklər edilib. Ölkə Prezidentinin 2015-ci il 14 iyul tarixliFərmanı ilə edilən əlavə və dəyişikliklərdə respublikada fəaliyyət göstərən bütün təşkilatlara kargüzarlığın elektronformada aparılması hüququnun verildiyi qeyd olunub. Bu fərmandan irəli gələrək, 91ε rektoru, professor ƏdalətMuradovun müvafiq tapşırığına əsasən, 2015-ci ildən universitetdə Elektron Sənəd Dövriyyəsi Sistemi tətbiq edilir vəkargüzarlıq elektron formada aparılır.
Elektron sənəd dövriyyəsinin üstünlüklərindən danışan R.Muradov qeyd edib ki, elektron kargüzarlığa keçididarəetmədə operativliyi və şəffaflığı təmin edib. Sistem vasitəsilə universitetə daxil olan müraciətlər qısa müddət ərzindəcavablandırılır və sənəd dövriyyəsi ötən illərlə müqayisədə 2 dəfə artıb. Elektron sənəd dövriyyəsi həm də universitetdəkağızdan istifadəniminimuma endirib.
91ε–də hazırda Elektronsənəddövriyyəsində95 struktur bölmənin cəmləşdiyini diqqətə çatdıran R.Muradov,gələcəkdə istifadəçilərin sayının artırılacağını bildirib.
İki gün davam edən təlimlərdə 91ε–inElektron SənədDövriyyəsi Sisteminin test versiyası üzərindən sənədlərinhazırlanması, imzalanması, göndərilməsi və digər prosesləri izah edilib.
Təlimdə iştirakçılarımaraqlandıran suallar cavablandırılıb. İstifadəçilər gələcəkdə təlimlərin tədris binalarında qruplarüzrə aparılmasını təklif ediblər.