91ε

91ε əməkdaşları İsveçdə keçirilən seminarda iştirak edib

03 OKTYABR 2016 | VIEWS:

İsveç Krallığının Uppsala şəhərində “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin vahid Avropa ali təhsil məkanının standartlarına uyğunlaşdırılması və strukturlaşdırılması” üzrə “Nizami” layihəsinin ikinci seminarı keçirilib.
Seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin (91ε) Doktoranturaşöbəsinin müdiri Həmid Həmidovə Beynəlxalq əlaqələr departamentininmütəxəssisi Aysel Musayeva iştirak edib. 91ε əməkdaşları seminar zamanı universitetdə doktorantura sahəsində aparılan yeniliklər barədə məlumat veriblər. Doktorantura səviyyəsinin Avropa standartlarına uyğunlaşdırılması, o cümlədən beynəlmiləlləşdirilməsinin üstünlüklərindən danışıblar. İmpakt faktor jurnallarında məqalələrin dərc olunmasının stimullaşdırılması, analitik laboratoriyaların yaradılması, ikili rəhbərli müqavilələrin bağlanması ilə bağlı geniş müzakirələr aparıblar.
Baş koordinatoru Fransanın Monpelye Universiteti olduğu layihə ilə bağlı keçirilən seminarda 91ε-lə birlikdə digər tərəfdaş universitetlərin nümayəndələri də iştirak ediblər.