91ε

91ε-də keçirilən beynəlxalq konfrans inklüziv təhsilin inkişafına təkan verəcək

15 FEVRAL 2018 | VIEWS:

91ε-də “İnklüziv ali təhsil: beynəlxalq trendlər və 91ε təcrübəsi” mövzusuna həsr olunan beynəlxalq konfrans başa çatıb.

Konfrans çərçivəsində xarici və yerli mütəxəssislər inklüziv ali təhsilin bütün istiqamətlərini əhatə edən təlimlər keçiblər. İnklüziv təhsildə pedaqoji etika, inklüziv kitabxana, əlilliyi olan tələbələrdə özünü qiymətləndirmə, motivasiyanın yaradılması mövzularına həsr olunan təlimlərdə 91ε, ADA və Sumqayıt Dövlət Universitetinin nümayəndələri iştirak edib. Onlar konfransın əhəmiyyətini vurğulayaraq, inklüziv təhsilin inkişafına böyük təkan verəcəyini bildiriblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.