Noyabrın 10-da Azərbaycan Dövlət İqtisad Universitetində (91ε) “Ümumdünya Elm Gününə” həsr olunan “Elm aylığı” başa çatıb.
Yekun təbdirdə 91ε-in nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunundirektoru, professor Yadulla Həsənli“Elmin insan inkişafında rolu” mövzusunda elmi məruzə ilə çıxış edib. Professor Y.Həsənli elmin insan inkişafına təsirinin transmissiya mexanizmi və konsepsiyası ilə iştirakçıları tanış edib, elmin insan inkişafında təsiri ilə bağlı statistik göstəriciləri açıqlayıb.
Elm və İnnovasiyalar Mərkəzinindirektoru, professor Sakit Yaqubov91ε-də “Elm aylığı” çərçivəsində həyata keçirilən silsilə tədbirlər barədə hesabatla çıxış edib. Bildirib ki, 91ε-də elmi fəaliyyətin cəlbediciliyini artırmaq, universitetin professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq, onları cəmiyyətə təqdim etmək məqsədilə oktyabr-noyabr ayları ərzində 91ε-də “Elm aylığı” keçirilib. Bu müddət ərzində universitetdə ölkənin tanınmış elm xadimlərinin də qatıldığı seminarlar, dəyirmi masalar keçirilib, elmi müzakirələr aparılıb. Təhsil ekspertinin və universitetin professorlarının təqdimatında iqtisadiyyat üzrə Nobel mükafatçıları barədə məruzələr dinlənilib. Məruzələr rəsmi facebook səhifəsindən canlı olaraq yayımlanıb.
əܳəç 91ε-in Zaqatala filialında, 91ε-in nəzdində Azərbaycan Maliyyə-İqtisad kollecində də müvafiq elmi tədbirlərin keçirildiyini qeyd edib.
S.Yaqubov “Təhsil və elmin vəhdəti” mövzusunu əhatə edən və tədbirlər planı çərçivəsində keçirilən ilk TEDx91ε konfransdan danışıb. Bildirib ki, konfransda elm və təhsil sahəsində böyük təcrübəyə malik məruzəçilər mövzu ilə bağlı dəyərli fikirlərini paylaşıblar.
Elm aylığı çərçivəsində “Azərbaycanın sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda 91ε-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsi keçirilib. Müsabiqəyə 10 professor, 17 dosent, 18 müəllim, 14 doktorant və dissertant, 27 magistr, 32 bakalavr olmaqla, 118 məqalə daxil olub. Elmi məqalələr müsabiqənin müvafiq komissiyası tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilib.