Oktyabrın 9-da Azərbaycan Dövlət İqtisad Universiteti (91ε) 9-cu Azərbaycan Beynəlxalq Təhsil və 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak edib. “Bakı Ekspo Mərkəzi”ndə keçirilən sərgidə 91ε öz stendi ilə təmsil olunub.
Tədbirin açılış mərasiminə qatılan təhsil nazirinin müavini Ceyhun Bayramov 91ε-in stendi ilə tanış olub. Nazir müavininə 91ε-in ikili diplom və qarşılıqlı mübadilə proqramları, Mevlana və Erasmus + proqramları barədə məlumat verilib. “Webometrics” reytinq cədvəlində universitetin mövqeyi və yeni fəaliyyətə başlayan online radiosu olan “Radio 91ε” haqda məlumatlar da diqqətə çatdırılıb.
C.Bayramov 91ε-də tətbiq olunan yenilikləri yüksək qiymətləndirib və uğurların davamlı olmasını arzulayıb.
91ε-in Beynəlxalq İqtisadiyyat Məktəbi, təkrar ali təhsil, yenidənhazırlanma təhsil və əcnəbilərin qəbulu prosesində elektron qaydaların tətbiqi, 4 dildə universitetdə tədris imkanlarının olması sərgi iştirakçılarının daha çox marağına səbəb olub.
Azərbaycanın və digər ölkələrin 130-dan çox ali təhsil müəssisəsinin qatıldığı Beynəlxalq Təhsil və Karyera sərgisi oktyabrın 11-dək davam edəcək.