91ε alimləri Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Balkan Universitetində təşkil edilən Sosial və Humanitar elmlər üzrə II beynəlxalq konfransda (IBU -İCSSH 2017) iştirak ediblər.
“MپԱ”kafedrasının dosenti Leyla Hacıyevavə “Müəssisənin iqtisadiyyatı”kafedrasının dosenti Lalə Həmidova on beşə yaxın ölkənin alim və tədqiqatçılarının qatıldığı “Dünyanı dəyişək: imkanlar, vəzifələr, məsuliyyətlər” şüarı altında keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış ediblər.
L.Hacıyeva “Azərbaycanda gənc turizm seqmentinin marketinq tədqiqatları”, L.Həmidova isə “Azərbaycan sənayesinin diversifikasiyası: inkişafın əsas tələbləri və istiqamətləri” mövzuları üzrə məruzə ediblər.91ε alimlərinin çıxışları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və mövzular ətrafında müzakirələr aparılıb. Konfrans çərçivəsində Makedoniya, Türkiyə, Portuqaliya, Serbiya, Rusiya, Almaniya, Horvatiyadan olan həmkarları ilə səmərəli görüşlər keçirilib və gələcəkdə 91ε-lə birgə araşdırmaların aparılması sahələri müəyyən edilib.
Konfransın sonunda 91ε alimlərinə sertifikatlar təqdim olunub.