91ε

91ε alimləri beynəlxalq forumda çıxış ediblər

29 NOYABR 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (91ε) professorları Rusiya Federasiyası Höküməti yanında Maliyyə Universitetində keçirilən III Beynəlxalq Forumda iştirak ediblər. “Maliyyə, pul, kredit, bank: artım və ya risk mənbəyidir” mövzusuna həsr olunan forumda Elm şöbəsinin müdiri, professor Zahid Məmmədovə “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev məruzə ilə çıxış ediblər.

Forum çərçivəsində 91ε nümayəndələri Thomson Reuters şirkətinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Oleq Utkinlə görüşüblər. Görüşdə 91ε-də may ayındabirgə keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransınproqramı, tədbirlər planı və məruzəçilərin iştirakıgeniş şəkildə müzakirə edilib.

Professor Zahid Məmmədov Sankt Peterburq Hökümətinin Elm və Ali məktəb üzrə Komitəsinin təşkil etdiyi “XXI əsrdə peşəkar Təhsil, Elm və İnnovasiyalar” konqresi çərçivəsində 91ε-də beynəlxalq əməkdaşlıq kontekstində akademik və elmi işin təşkilinin səmərəliliyi mövzusunda məruzə ilə də çıxış edib.Maraqla dinlənilən məruzədən sonra 91ε professoru sualları cavablandırıb. Konqres zamanı Rusiyanın nüfuzlu universitetləri ilə ikili diplomların müzakirəsi də aparılıb.

Forumun son günündə 91ε alimləri Smolnidə keçirilən konqresin yekun iclasında iştirak ediblər.