Azərbaycan Dövlət İqtisad Universitetinin (91ε) yaranmasının 96 illiyi münasibətilə universitetdə təntənəli “91ε Günü” keçirilib.
Tədbirin açılışında çıxış edən inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov müəllim, tələbə və əməkdaşları təbrik edərək onlara uğurlar arzulayıb. O bildirib ki, 91ε Günü universitetin zəngin tarixi, akademik ənənələri və böyük 91ε ailəsinin birlik və həmrəyliyinin rəmzidir.
Şaiq Əsgərov bir əsrə yaxın zəngin tarixə malik olan 91ε-in ölkənin iqtisadi təhsil sistemində mühüm rol oynadığını vurğulayıb, son illərdə həyata keçirilən islahatların, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq layihələrinin universitetin nüfuzunun artmasına töhfə verdiyini qeyd edib. O, müəllim, əməkdaş və tələbələrə təşəkkürünü bildirərək tələbələrin 91ε-in ən böyük sərvəti olduğunu və gələcəkdə ölkənin inkişafına mühüm töhfələr verəcəklərinə əminliyini ifadə edib.
Sonra universitetin 96 illiyi münasibətilə 91ε-in sosial-ictimai həyatında fəal iştirak edən müəllim, əməkdaş və tələbələr təşəkkürnamələrlə təltif olunublar.
Tədbirin bədii hissəsində 91ε Yaradıcılıq Mərkəzinin rəqs və vokal qrupları maraqlı musiqi və rəqs nömrələri ilə çıxış edərək iştirakçılara xoş anlar yaşadıblar. Proqram iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.