Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə 12 oktyabr 2012-ci ildə müraciəti əsasında“Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri” ܰԲı16 noyabr 2012-ci ildəMətbu nəşrlərin reyestrinədaxil edilmişdir.
“Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri” ܰԲının məqsədi iqtisad və digər sosial elmlərin (tarix, beynəlxalq münasibətlər, fəlsəfə, sosiologiya və s.) müasir və ümumkonseptual problemlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən orijinal məqalələrin dərcinə üstünlük verməkdən ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası – dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər qarşısında yeni tələblər qoymuşdur. Həmin tələblərə uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universiteti“Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri”ܰԲıüçün 2012-ci ilin yanvar ayında “ISSN 2306-8426” Beynəlxalq Standart Seriya Nömrəsi alınmışdır.
Bu jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunmasını tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısındadır .
Qeyd edək ki,“Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri” ܰԲı2013-cü ildən azərbaycan, ingilis və rus dillərindəçap edilir. Jurnalildə 4 (dörd) dəfəçap ediləcəkdir.
*
“91ε Journal of Engineering and Applied Sciences” ܰԲının ilk nömrəsi 2022-ci ilin yanvarında çapdan çıxıb.
Jurnaldadərc edilmiş məqalələrlə rəsmi web səhifəsindən () tanış ola bilərlər. Jurnalda məqalələr yalnız ingilis dilində qəbul edilir və redaksiyaya daxil olan məqalələr mütəxəssislər tərəfindən yoxlanıldıqdan və müsbət rəy aldıqdan sonra dərc edilir. “91ε JEAS” elmi tədqiqat işləri ilə yanaşı, icmal məqalələr və qısa annotasiyaların da dərcini həyata keçirir. Məqalələrin qəbulu rəsmi səhifədəki müraciət bölməsindən yerinə yetirilir. Jurnalın rəsmi web səhifəsi dünyada tanınmış beynəlxalq nəşriyyatların tələblərinə uyğun tərtib edilib.
91ε JEAS ܰԲının baş redaktoru “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, professor Rövnəq Rzayevdir. Jurnalın beynəlxalq redaksiya heyətində mühəndislik və tətbiqi elmlər sahəsində çalışan dünyanın müxtəlif ölkələrinin aparıcı elmi-tədqiqat mərkəzlərinin və universitetlərinin yüksək ixtisaslı, beynəlxalq səviyyədə tanınmış alimləri təmsil olunur.
“İqtisad elmləri: nəzəriyyə və praktika” ܰԲı Azərbaycan Dövlət İqtisad Universitetinin təsisçiliyi ilə 1994-cü ildən nəşr olunur. Jurnal yarandığı gündən redaktoru Azərbaycan EA-nın müxbir üzvü, i.e.d., prof. T.C.Vəliyev olmuşdur. Hazırda jurnala universitetin rektoru prof. Ə.Muradov rəhbərlik edir.
Yarımillik nəzəri və elmi-praktik səciyyəli jurnal bu aspektdə respublikada nəşr olunan yeganə jurnaldır. Son dövrlərdə ܰԲın müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində sistemli dəyişikliklər həyata keçirilməkdədir.
Jurnalın səhifələrində iqtisad elminin ən müxtəlif sahələrini əhatə edən, nəzəri və praktik əhəmiyyətə malik, müasir dövrün gerçəkliyini elmi cəhətdən əks etdirən sanballı məqalələr nəşr olunur. Jurnalda universitetin qabaqcıl və təcrübəli professor-müəllimlərindən Ə.Muradovun, T.Quliyevin, T.Hüseynovun, Q.Manafovun, S.Səbzəliyevin, M.Əhmədovun, Ə.Babayevin, habelə bir çox başqalarının sanballı elmi məqalələri çap edilir. Jurnalda eyni zamanda gənc tədqiqatçıların elmi araşdırmalarına da ayrıca yer verilir. Artıq ܰԲın beynəlxalq səviyyədə tanınması yönümündə konkret nəticələr əldə olunmuşdur. Beynəlxalq seriya nömrəsi (ISSN 2220-8739) almaqla yanaşı ܰԲın strukturunun və dərc edilən məqalələrin beynəlxalq standartlara uyğunlaşdırılması prosesi başa çatmışdı. “İqtisad elmləri: nəzəriyyə və praktika” ܰԲı 2012-ci ildən ingilis dilində çap edilir. “İqtisad elmləri: nəzəriyyə və praktika” ܰԲı EBSCO Databases və Journal of Economic Literature in American Economic Association Publications kimi tanınmış indekslərdə qeydiyyatdadır. Bu jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunmasını tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısındadır.
*
Jurnal haqqında
“ENECO – Enerji iqtisadiyyatı Mərkəzinin Xəbərləri” ܰԲı (“ENECO” enerji ilə iqtisadiyyati sintez edən bir abreviatura) 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universiteti – 91ε tərəfindən nəşrə başlamış və həmin ildə Estoniya Milli Kitabxanasında və ölkənin ESTER elektron kataloqunda (E-kataloog ESTER) qeydiyyatdan keçmiş, 2020-ci ildə isə iqtisad elmləri doktoru, professor Hacızadə Elşən Mahmud oğlu (“ENECO” ܰԲının baş redaktoru) tərəfindən təsis olunmuşdur (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilməsi nömrəsi 4322, tarix 27.10.2020-ci il). ENECO ܰԲı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisad elmləri sahəsi üzrə məqalələrin dərc olunmasi tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir. Müstəqil, resenziyalı, elmi nəşrdir. Jurnal beynəlxalq ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) mərkəzində qeydiyyata alınmışdır (ISSN – 2674-4562, E-ISSN: 2674-4597). Obyektin rəqəmsal identifikatoru – DOI suffix: 10.36962/ENECO. Elmi missiya “ENECO” ܰԲı həm iqtisadiyyat və həm də enerji sahəsində araşdırmalar və təhlillər aparan tədqiqatçılara, alim, doktorant və magistrantlara öz elmi fikir, mülahizə və qənaətlərini geniş oxucu auditoriyası ilə bölüşmək imkanı yaradan bir platformadır. Jurnalda enerji iqtisadiyyatının müasir problemlərini və sahə üzrə ümumkonseptual məsələləri elmi-metodoloji cəhətdən nəzəri və praktiki uzlaşmada ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Burada həmçinin iqtisadiyyatın digər sahələri ilə bağlı orjinal məqalələr də qəbul olunur. Jurnalın dili Azərbaycan, İngilis və Rus. Əlyazmanın redaksiyaya təqdim olunma qaydası Əvvəllər çap olunmuş və ya cap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir. Əlyazmanın orijinalı mükəmməl redaktə edilmiş elektron formada müəllif(lər)in özü, müxbir müəllif və ya məqalənin göndərilməsinə cavabdeh şəxs tərəfindən elektron məktubla veb səhifədə göstərilən [email protected] email poçt ünvanına göndərilməklə redaksiyaya təqdim edilir. Müəllif(lər) redaksiyaya təqdim edilən əlyazma ilə bağlı müvafiq müəllif anketi doldurmalıdırlar. Göndəriş məktubu və müəllif anketinin nümunəsini http://sc-media.org/for-authors/preparation-of-manuscript/ veb səhifədən götürmək olar. Əlyazmanın resenziyalaşdırılması və dərci Redaksiyaya təqdim edilən əlyazmalar plagiatlığa yoxlanılır və rezenzentlər tərəfindən konfedensial olaraq resenziyalaşdırıldıqdan sonra onların dərc edilib-edilməməsinə qərar verilir. Resenziyalaşdırma və təsdiqetmə müddəti ümumilikdə 3 aydır. Əlyazmalar resenziyalaşdırma prosedurunun nəticələri əsas götürülərək növbəlilik prinsipi ilə dərc olunur.
Müəlliflik hüquqları
Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüququları eksklyuziv olaraq “ENECO” ܰԲına aiddir. Jurnalda cap edilmiş məqalələrin eynilə digər nəşrlərdə dərcinə yalnız Redaksiyanın yazılı icazəsilə, sitatlarların verilməsinə isə mənbə göstərilmək şərtilə yol verilir.