91ε

Rusiya İqtisad Universitetinin rektoru: “91ε-lə bütün sahələrdə əməkdaşlığa hazırıq”

17 FEVRAL 2017 | VIEWS:

91ε-in rektoru, professor Ədalət Muradov ə Beynəlxalq əlaqələr departamentininəə Anar Kazımov Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin 110 illik yubileyində iştirak edib.

Rusiyanın ilk iqtisadyönümlü universitetinin yubiley tədbirlərinə Rusiyanın nüfuzlu təhsil, elm, iqtisadiyyat ə siyasi dairələrinin nümayəndələri, o cümlədən dünyanın müxtəlif ali təhsil müəssisələrindən qonaqlar qatılıb. Tədbirlərə səhər yeməyi formatında keçirilən “İşgüzar görüş”lə start verilib. “Ali təhsilin gələcəyi ə universitetlərin inkişafı” mövzusunda keçirilən görüşdə Rusiya Federasiyasının Ali Təhsil ə Elm Naziri, Rusiya Sənayeçilər ə Sahibkarlar İttifaqının Prezidenti, “Rostex” şirkətinin baş direktoru, “Rosneft” şirkətinin vitse-prezidenti, Rusiya Federasiyasının Hesablama Palatasının sədri, eyni zamanda dünyanın müxtəlif ölkələrindən 100-dən çox nümayəndə iştirak edib. İşgüzar görüşdə əhalinin rifah halının yaxşılaşdırılmasında təhsilin rolu, cəmiyyətin ə iqtisadiyyatın ali təhsil qarşısında qoyduğu tələblər, universitetlərin transformasiyası yolları ə üsulları kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb. Ali təhsil müəssisələrinin məzunlarına olan tələbatın artırılması istiqamətində hansı təcrübələrin inkişaf etdirilməsi müzakirə edilib. İşgüzar görüşün sonunda mövzu ətrafında müxtəlif suallar səsvermə yolu ilə cavablandırılıb.

Universitetin rektoru, professor Viktor Qrişinlə görüşdə 91ε-in rektoru, professor Ədalət Muradov Rusiyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin ölkənin iqtisadi ə siyasi inkişafında mühüm rol oynadığını bildirib. Zəngin tarixə ə təcrübəyə söykənən ali təhsil ocağının məzunlarının təkcə Rusiyada deyil, həmçinin ölkə hüdudlarından kənarda da peşəkar kadr kimi qəbul edildiyini vurğulayıb.

V.Qrişin son illər 91ε-in əldə etdiyi nailiyyətlərin universitetin dünyanın nüfuzlu ali təhsil müssisəsiləri sırasında yer tutmasına zəmin yaratdığını qeyd edib. 91ε-də Rus İqtisadiyyat Məktəbinin fəaliyyətə başlamasının ikitərəfli əməkdaşlıq imkanlarını daha da artırdığını bildirib. V.Qrişin 91ε professorlarının Rusiya İqtisad Universitetində uzunmüddətli mühazirə oxumağa dəət edib.

Görüşdə ikili diplom proqramlarının işlənməsi məqsədilə fənlərin uzlaşdırılmasına başlanılması barədə qərar verilib. Rusiyanın ən inkişaf etmiş distant təhsil imkanları olan Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti ilə birgə modulların işlənməsi razılaşdırılıb.

Yubiley tədbirləri çərçiəsində 91ε-in rektoru Sankt Peterburq Dövlət İqtisad Universiteti, Çinin Şandonq Maliyyə ə İqtisadiyyat Universiteti, Zaqreb İqtisadiyyat ə Menecment Məktəbi, Lyuksemburq İqtisadiyyat ə Menecment Məktəbi, Ural Dövlət İqtisad Universiteti ə digər ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Görüşlərdə ikitərəfli əməkdaşlıq istiqamətləri, xüsusi ilə də ikili diplom proqramlarının işlənməsi barədə razılığa gəlinib.