12 dekabr – Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Radio 91ε efirə xüsusi proqramla çıxıb. Gün ərzində radioda Ümummilli Liderin sitatları səsləndirilib, onun haqqında tanınmış şəxslərin fikirləri dinləyicilərə çatdırılıb. Həmçinin 91ε-in “İqtisadçı” qəzetinin əməkdaşı Ulu Öndərə həsr etdiyi elegiyanı səsləndirib.