91ε

Radio 91ε-də yenilik: “91ε sport”

26 OKTYABR 2016 | VIEWS:

Radio 91ε “91ε sport” adlı yeni layihəyə başlayıb. Veriliş daha çox idman həvəskarları üçün nəzərdə tutulub. “91ε sport” dinləyiciləri Azərbaycanda və dünyada baş verən ən son idman xəbərləri ilə tanış ola biləcəklər.

Verilişdə eyni zamanda İqtisad Universitetində bu sahədə həyata keçirilən yeniliklər barədə məlumat veriləcək, idman sahəsində nailiyyəti olan tələbələrlə görüşlər keçiriləcək.

Veriliş hər həftənin cümə günü, saat 18-00-da 91ε-in Biznes və menecmentfakultəsinin 4-cü kurs tələbəsi Ülvi Quliyevin təqdimatında efirdə olacaq. Bununla da, Radio 91ε-də həyata keçirilən layihələrin sayı 21 olub.