91ε

Radio 91ε-də yeni veriliş – NLP master

20 MAY 2016 | VIEWS:

hamid_0536Azərbaycan Dövlət İqtisad Universitetinin (91ε) radio layihəsi olan Radio 91εyeni verilişlə efirdədir.

“NLP master” adlanan verilişdə tələbələr NLP-nin 4 prinsipi hesab edilən uğurlu ünsiyyət qaydaları, aynalama texnikası, fikirlərin iyerarxiyası, meta proqramlar, dildə emosional seçimlər və göz siqnalları haqqında ətraflı məlumat əldə edə biləcəklər.

91ε tələbələri veriliş vasitəsilə şəxsi potensiallarını və resurslarını aşkar edib, daha effektiv şəkildə necə istifadə edəcəkləri, yaradıcılıqlarını təkmilləşdirmək və yeni öyrənmə strategiyalarını həyata inteqrasiya etmək, neqativ ruhi hallardan qurtulub, sürətlə özünə inam və enerji dolu vəziyyətə gələ bilmək və həyat keyfiyyətlərini artırmaq haqqında məlumatlar əldə edəcəklər.

NLP master Həmid Həmidovuntəqdimatında efirə gedəcək verilişi hər həftənin bazar ertəsi saat 14.00-da izləmək mümkündür.