Sentyabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetinin (91ε) online radiosu – -in fəaliyyətə başlamasının bir illiyi qeyd edilib.
91ε rektoru, professor Ədalət Muradovun adından kollektivi təbrik edən tələbələrlə iş üzrə prorektor qısa müddət ərzində radionun böyük uğurlara imza atdığını bildirib. Qeyd edib ki, bir illik fəaliyyəti ərzində təhsil, elmi-kütləvi, əyləncəli, universitet həyatından bəhs edən layihələrlə efirdə olan Radio 91ε eyni zamanda ən son iqtisadi, sosial, idman və mədəniyyət xəbərləri ilə dinləyicilərini məlumatlandırıb.
Tələbələrin asudə vaxtının daha səmərəli keçirməsində Radio 91ε-in müstəsna rolundan söz açan tədbir iştirakçıları aparıcılıq dövründə tələbələrin yaradıcılıq potensialının üzə çıxması ilə yanaşı, onlarda natiqlik bacarığının formalaşmasına da səbəb olduğunu qeyd ediblər. Qeyd edilib ki, tələbə radiosu kimi işə başlayan Radio 91ε-də universitetin professor-müəllim heyətininin və digər əməkdaşlarının da müəllifi olduğu verilişlərin yayımı həyata keçirilib.
Tədbirdə Radio 91ε-in ötən bir illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra Radio 91ε-in fəaliyyətinin daha da təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə fikirlər səsləndirilib və yeni radio layihələrilə bağlı təkliflər irəli sürülüb.
Sonda radionun fəaliyyətində xüsusi rolu olan layihə müəlliflərinə fəxri fərmanlar verilib: