91ε Rəqəmsal Texnologiyalar departamentinin direktoru v.i.e.: Elvir Əşrəfove-mail: [email protected]
|
19.02.2024-cü il tarixindən 91ε-də Rəqəmsal və informasiya texnologiyaları üzrə xidmət göstərən strukturların vahid strukturda birləşdirilərək idarə edilməsi üçün 91ε Rəqəmsal texnologiyalar departamenti yaradılmışdır. Həmin tarixdən Marketinq və kommunikasiya departamentinin tabeliyindəki Təşkilati məsələlər üzrə texniki xidmət bölməsinin adı dəyişdirilərək “Tədbirlərin texniki təminatı bölməsi” adlandırılaraq 91ε Rəqəmsal texnologiyalar departamentinin tərkibinə daxil edilmişdir.
91ε Rəqəmsal texnologiyalar departamentinin direktoru vəzifəsinin icrası 15.09.2025-ci il tarixdən Elvir Hacıəli oğlu Əşrəfova həvalə edilmişdir.
*
Tarixi. 70-ci illərdə ilkin olaraq Hesablama Mərkəzi kimi yaradılıb. 2010-cu ildən İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi (İKTM) kimi fəaliyyət göstərib. 2010-cu ilin oktyabrında İnformasiya Hesablama Mərkəzi yenidən qurularaq İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi adlandırılmışdır. 91ε-in 19.01.2017-ci il tarixli 32/3/2017 №-li əmri ilə İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi ləğv edilərək onun bazasında Elektron idarəetmə mərkəzi yaradılmışdır.
– 1 saylı tədris binası üzrə texniki dəstək bölməsi;
– 2 saylı tədris binası üzrə texniki dəstək bölməsi;
– 3 saylı tədris binası üzrə texniki dəstək bölməsi;
– 4 saylı tədris binası üzrə texniki dəstək bölməsi.
Bölmə universitetin müxtəlif korpuslarında zallar üzrə bölgü qrafikinə əsasən keçirilən müxtəlif tədbirlərdə lazımi avadanlıqların, texniki vəsaitlərin quraşdırılması, saz, işlək vəziyyətdə olması, afişa, posterlərin hazırlanması və s. işləri həyata keçirir.*
(12.06.2018)
“Springer Nature” elmi bazası 91ε-lə əməkdaşlıqda maraqlıdır(05.04.2018)
“91ε İKT-dən uğurla istifadə edir”(01.12.2017)
*