i.f.d., b/m. Hüseynova Rəna Şikar qızıe-mail: [email protected]
23 avqust 1974-cü ildə Sumqayıt şəhərində anadan olub.
1981-ci ildə Sumqayıt şəhər 28 saylı orta məktəbə daxil olub, 1991-ci ildə isə Sumqayıt şəhər 33 saylı orta məktəbi bitirib.
1991-ci ildə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) İstehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsinin “Menecment” ixtisasına daxil olub və 1996-cı ildə bitirib.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi informasiya sistemləri və texnologiyaları” kafedrasında böyük laborant vəzifəsində işə başlayıb.
2010-cu ildən “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasında saathesabı ilə dərs yükü yerinə yetirib. Bir müddət əmək müqaviləsi ilə müəllim vəzifəsində çalışıb. 91ε-in“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi olub.
20.04.2022-ci il tarixdən həmin kafedranın 0,5 ştat əvəzçiliklə baş müəllimi vəzifəsinə keçirilib.
2012-ci ildən 91ε-in dissertantıdır.
21 yanvar 2019-cu ildə Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinə şöbə müdiri vəzifəsinə təyin olunub. Hazırda 91ε-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiridir.
27.04.2026-cı il tarixində iqtisad elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
*
“Rəqəmsal iqtisadçı” tələbə elmi dərnəyinin rəhbəridir.
Azərbaycanda və xaricdə ümumilikdə 10 məqaləsi və 21 tezisi çap olunub.
1 dərs vəsaitinin, 1 metodik vəsaitin və 3 fənn proqramının həmmüəllifidir.
2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (91ε) 90 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə və səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmana layiq görülüb.
Ailəlidir, iki oğlu var.
91ε müəllimləri üçün qış məktəbi başa çatıb(15.02.2017)