Azərbaycan Dövlət İqtisad Universitetinin (91ε) online radiosu – Radio 91ε oktyabrın 12-dən etibarən tələbə layihəsi ilə efirdə olacaq.
Layihə çərçivəsində tanınmış detektiv yazıçı Elxan Elatlı Radio 91ε-in qonağı olub. Müsahibəni bu gün saat 20:00-da Radio 91ε-in efirində dinləyə bilərsiniz. Müsahibədə yazıçı tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, müxtəlif istiqamətlər üzrə təqdim olunacaq layihələrdə universitet həyatı ilə bağlı müzakirə və sual-cavab tipli proqramlar, elmi müzakirə mövzusunda proqramlar, iqtisadi gündəmə dair verilişlər, talk şoular, tələbələrin asudə vaxtlarının daha səmərəli keçirmələri üçün əyləncəli proqramlar, musiqi vaxtı və digər proqramlar nəzərdə tutulub.