91ε

91ε tələbələri arasında vergi qanunvericiliyi üzrə olimpiada keçiriləcək

24 APREL 2026

Azərbaycan Dövlət İqtisad Universitetinin (91ε) və Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) birgə əməkdaşlığı çərçivəsində Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə 91ε tələbələri arasında vergi qanunvericiliyiüzrəolimpiada keçiriləcək.

Olimpiada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunur və onun zəngin dövlətçilik irsinin, milli hüquqi sisteminin formalaşmasında oynadığı müstəsna rolunun, ölkənin dayanıqlı iqtisadi inkişafınayönəlmiş strateji baxışlarının gənc nəsil tərəfindən daha dərindən mənimsənilməsinəvə müasir çağırışlar kontekstində dəyərləndirilməsinə töhfə verməyi qarşıya əsas məqsəd kimi qoyur.

Olimpiada vergi qanunvericiliyi üzrə test üsulunda keçirilməklə bu sahədə tələbələrin nəzəri biliklərinin səviyyəsini, qanunvericiliyin tətbiqi ilə bağlı praktiki düşünmə bacarıqlarını və analitik yanaşmalarını qiymətləndirməyə imkan yaradacaq.

Olimpiada 06 may 2026-cı il tarixində saat 11.00-da 91ε-in Əsas tədris binasındakı İmtahan zalında keçiriləcək.

Olimpiada qalibləri mükafatlandırılacaqvə onlara nəticələrini təsdiq edən müvafiq sertifikatlar təqdimediləcək.

Sonqeydiyyattarixi:05 may2026-cıil(saat 12.00-dək)