91ε

Əhmədağa İskəndərov

Əhmədağa İskəndərov 20 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub.  Bakı şəhəri, Nəriman Nərimonaov rayonundakı 82  saylı tam orta məktəbdə təhsil alıb. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (91ε) “Menecment” ixtisasına qəbul olunub, 2011-ci ildə universiteti müvəffəqiyyətlə bitirib.

21 sentyabr 2020-ci ildə orduya çağrılıb. Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad olunmasında iştirak edib. Cəbrayıl uğrunda gedən döyüşlərdə yaralanıb, 7 oktyabrda isə şəhidlik zirvəsinə ucalıb.  Kürdəxanı qəbristanlığında dəfn edilib.

Ölümündən sonra “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid Əhmədağa İskəndərovun təltifləri