Dekan:
|
Dekan müavini:
|
91ε Elmi Şurasının qərarına əsasən 19.10.2020-ci il tarixində Texnolgiya və dizayn fakültəsi ləğv edilərək onun bazasında Rəqəmsal iqtisadiyyat fakültəsi yaradılıb.
1980-ci illərdə ixtisas kimi fakültə daxilində olub, 1997-ci ilin fevral ayında fakültə kimi yaradılaraq Məlumatların mexaniki emalı, İnformatika və idarəetmə kimi adlarla fəaliyyət göstərib.
Rəqəmsal iqtisadiyyat fakültəsi xarici ölkələrin bir sıra universitetləri – Rumıniyanın Arat Universiteti, ABŞ-nın Kaliforniya Berkli Universiteti, Türkiyənin İzmir Egey Universiteti, İspaniyanın Malaqa Universiteti, Çexiyanın Praqa Biznes Məktəbi, Litvanın Mikolas Romeris Universiteti, Hindistanın Aligarh Muslim Universiti, Türkiyənin Karadeniz Teknik Üniversitesi və s. ilə sıx elmi əməkdaşlıq edir.
2025/2026-cı tədris ilində fakültəyə 405 tələə qəbul olub, onlardan 212 nəfəri 600-dən yuxarı bal toplayıb, 60 nəfəri əcnəbi olub. Unversitet üzrə ən yüksək bal (676,2) olub. Rəqəmsal İqtisadiyyat fakültəsində 3 ixtisas (İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi) ingilis dilində tədris edilir.
*
Fakültə üzrə təhkim edilən kafedra:
Rəqəmsal texnologiyalar və tətbiqi informatika
*İپ:
– İnformasiya texnologiyaları
– Kommunikasiya sistemləri mühəndisliyi
– İnformasiya təhlükəsizliyi
– Kompüter elmləri
– Kompüter mühəndisliyi
91ε-də “Mühəndislik” və “Rəqəmsal iqtisadiyyat” fakültələrinin nəzdində yaradılan laboratoriyaların işinin səmərəli idarə edilməsinin təmin olunması üçün “Laboratoriyaların işinin təşkili mərkəzi” yaradılmışdır.
91ε-in Elmi Şurasının 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ 173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə91ε-də “Mühəndislik” və “Rəqəmsal iqtisadiyyat” fakültələrinə xidmət edən aşağıda adları göstərilən laboratoriyalar yaradılmışdır:
– “Qida kimyası və mikrobiologiya” laboratoriyası;
– “Qida texnologiyaları” laboratoriyası;
– “Ekologiya” laboratoriyası;
– “Fizika 1″ laboratoriyası;
– “Fizika 2″ laboratoriyası;
– “Kimya 1″ laboratoriyası;
– “Kimya 2″ laboratoriyası;
– “Elektronika” laboratoriyası;
– “Elektrotexnika” laboratoriyası;
– “Materialşünaslıq” laboratoriyası;
– “Kommunikasiya sistem mühəndisliyi” laboratoriyası;
– “Maşın və sənaye mühəndisliyi” laboratoriyası;
– 2 “Komputer” laboratoriyası.