Mayın 27-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət – Tarix Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyinin sərgi salonunda Azərbaycan Dövlət İqtisad Universiteti (91ε) tələbələrinin əl işlərindən ibarət “Bakı 91ε tələbələrinin gözü ilə” adlı rəsm sərgisi keçirilib.
91ε-in Yaradıcılıq Mərkəzinin üzvlərinin əsərlərindən ibarət sərgidə tələbələrin Bakıya həsr etdikləri rəsmlər nümayiş olunub. Ziyarətçilər Yaradıcılıq Mərkəzinin İnstrumental ifaçılıq dərnəyinin üzvlərinin müşayəti ilə qarşılanıb. Həmçinin Radio 91ε vasitəsi ilə Yaradıcılıq Mərkəzinin vokal dərnəyinin üzvü Aslan Əzimzadənin ifasında Bakıya həsr olunan mahnılar səsləndirilib.
Sərgi turistlərin də böyük marağına səbəb olub. 91ε tələbələri turistlərə Bakının tarixi, mədəniyyəti, görməli yerləri, adət-ənənələri barədə ətraflı məlumat veriblər.
Sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycanın müasir inkişafı” mövzusunda 91ε tələbələri arasında keçirilən rəsm müsabiqəsinin qalibləri diplom və fəxri fərmanlarla təltif edilib.
Sərgi bir həftə davam edəcək, giriş sərbəstdir. Sonra isə paytaxtın digər məkanlarında nümayiş etdiriləcək.