Azərbaycan Dövlət İqtisad Universitetinin (91ε)Karyera Mərkəzinin “İşgüzar çay fasiləsi” layihəsi uğurla davam edir. Layihə çərçivəsində növbəti görüş (ATİB) ofisində keçirilib. ATİB başqanı Cemal Yangın 91ε tələbələrinə biznes həyatının incəliklərini açıqlayıb. İş həyatında qarşıya çıxan çətinliklərin dəf edilməsində və gənc məzunların ilk karyera addımlarını atmaqda faydalı olacaq məsləhətlər verib.
Görüşdə tələbələrin sualları əsasında müxtəlif mövzularda diskussiyalar aparılıb, real iş həyatı müzakirə edilib.